"Beşiktaş"ın baş məşqçi mövzusu gündəmdədir. Sherg.az xəbər verir ki, klubun vitse-prezident Hüseyn Yücel diqqəti çəkən açıqlamalar verib.
O, təxminən bir ay əvvəl Mourinyo ilə üz-üzə görüşdüyünü bildirib: "Onu "Beşiktaş"da görmək istədiyimi söylədim. Komandamızın ruhuna uyğun olduğunu bildirdim. Mourinyo "Beşiktaş" ilə bağlı bəzi işlər görəcəyini və təkrar dialoqa keçəciyini bildirdi. Daha sonra, bu yaxınlarda Mourinyo yenidən mənimlə əlaqə saxladı və "Beşiktaş"a gəlmək istədiyini bildirdi. Gələn həftə İtaliyada onunla yenidən görüşəcəyəm".
Yücel iqtisadi detalların da həll olunduğunu bildirib:
"Gələn həftə İtaliyaya gedəcəyik və üz-üzə görüşəcəyik. Mourinyo ilə razılığa gəlsək, Quaresmanın texniki heyətin tərkibində olması "Beşiktaş" üçün maliyyə yükü yaratmayacaq, bunu sponsorla həll edə bilərik”.