Paytaxtı Qüds olan Fələstin yaranmalıdır - Quterreş

Yaxın Şərqdə sülhə nail olmağın yeganə yolu iki dövlətin – ümumi paytaxtı Qüds olmaqla Fələstin və İsrailin yaradılmasından keçir.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş X sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

"Qəzzadakı müharibə bütün regiona sirayət etmək təhlükəsi yaradan açıq yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə yolu İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamasıdır, Qüds isə hər iki dövlətin paytaxtıdır”, - deyə o bildirib.