“Ramil Səfərov işi” ilə bağlı absurd qərar: “...Konvensiya pozulmayıb !”


“Bağışlamaq aktı cinayət əməli törədən şəxsə münasibətdə əvvəlki qərarları inkar etmədiyi üçün onu konvensiyanın pozulması kimi qiymətləndirmək mənasızdır”


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Ramil Səfərov işi” ilə bağlı növbəti qərarını elan edib.
AİHM hesab edir ki, Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işində  Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər.
Məhkəmənin qənaətinə görə, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Qərara görə, Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir.
Məhkəmənin bu qərarı haqlı olaraq Azərbaycanda birmənalı qarşılanmayıb.Millət vəkilləri və hüquq müdafiəçiləri sözügedən qərarı “siyasi təzyiq” kimi dəyərləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə hesab edir ki, Məhkəmə Ermənistanın “əsas niyyətini təmin etməyib”. XİN-nin sözçüsü bildirib ki, məhkəmənin qənaətincə Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz: “Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib". 


“Ermənilər İnsan Hüquqları üzrə Avropa Məhkəməsində mayor Ramil Səfərovla bağlı Azərbaycana və Macarıstana qarşı iddia qaldırıblar. İddia qaldırmaqla ermənilər Ramil Səfərovla bağlı Azərbaycanda verilmiş əfv fərmanının ləğv edilərək onun  yenidən məsuliyyətə cəlb olunması  məqsədini  güdürdülər. Ermənistan tərəfi çalışırdı ki, bu məsələdə məsuliyyəti  dövlətin üzərinə qoysun və bu hadisəni dövlət tərəfindən həyata keçirilən cinayət kimi təqdim etsin. Hər iki iddia məhkəmə tərəfindən qəbul edilməyərək rədd edilib. 15.000 təzminata gəldikdə isə nəzərə alınmalıdır ki, bu məbləğ vəkilin xərclərinin ödənilməsi ilə bağlıdır. Bu fikirləri millət vəkili Ceyhun Məmmədov deyib. 



İnsan Haqları üzrə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov isə istənilən halda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını absurd hesab edir. Hüquq müdafiəçisinin sözlərinə görə,  əfv aktı da amnistiya aktı kimi cinayətin baş verməsini və əmələ görə cəzanı inkar etmir, məhkəmənin hökmünün səhv olması anlamı vermir və hökmü ləğv etmir:

“Belə olan halda əfv aktı konvensiyada əks olunan yaşamaq hüququnun nə maddi, nə də prossesual pozulması halı kimi qiymətləndirilə bilər. Ümumiyyətlə isə  əfv institutu müstəsna səlahiyyətdir. Aktı məhkəmənin mübahisələdirməsi isə nonsensdir. Bəlkə də, belə hallar olub. Amma bütün halda bağışlamaq aktı cinayət əməli törədən şəxsə münasibətdə əvvəlki qərarları inkar etmədiyi üçün onu konvensiyanın pozulması kimi qiymətləndirmək absurddur. Macarstan məhkəmənin qüvvəyə minmiş hökmü ilə ömürlük cəza verilən şəxsi vətəndaşı olduğu ölkəyə qalan cəzasını çəkmək üçün verib. Azərbaycan məhkəmələri isə işə yenidən baxmayıb, şəxsi vaxtından əvvəl şərti azad etməyib. Belə olan halda konvensiyanın adı gedən maddələrinin maddi və ya prosessual baxımdan pozuntusu hardadır?”

S.Məmmədovun fikrincə biz işğal olunmuş ərazilərimizi azad etmək istəyiriksə, ilk növbədə "Roma statutuna" qoşulmaqla bağlı verilən təklifləri dərhal rədd etməliyik və Avropa Konvensiyasını denonsasiya etməliyik. İkisi birində alınmayacaq.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu