“Türkiyənin karantin təcrübəsi Azərbaycanda da tətbiq edilə bilər, lakin...”

“Kifayət qədər xərc, kadr tələb edir. Bizə isə vəsait ayrılmır”



Dünyanın bir çox ölkəsində, o cümlədən qardaş Türkiyədə bələdiyyələr vətəndaşların karantin qaydalarına əməl etmələri üçün müxtəlif addımlar atır. Parklarda, ictimai yerlərdə sosial məsafənin qorunması məqsədilə cizgilərin çəkilməsi, xəbərdaredici işarələrin vurulması da bu qəbildəndir. 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında vurğulayıb ki, lazımi şərait yaradılsa, analoji təcrübə Azərbaycanda da tətbiq edilə bilər: 

“Bu, bələdiyyələrin səlahiyyətində olan işdir və olduqca yaxşı təşəbbüsdür. Amma kifayət qədər xərc, kadr tələb edir. Bizə isə vəsait ayrılmır. Üç-dörd aydır, heç bələdiyyə işçilərinin maaşları da verilmir. Hər il bələdiyyələrə 5.5 milyon vəsait ayırılırdı. Bu dəfə ondan da məhrum olduq.Yəni üzərimizə düşən vəzifəni yerinə yetirmək çətin deyil. Sadəcə maddiyat məsələsi buna mane olur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu