Arvadını şərflə boğub öldürmüşdü Ömürlük həbs cəzası aldı 

Həyat yoldaşını qətlə yetirən şəxs ömürlük həbs cəzasına məhkum edilib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İspartada baş verib. Yük sürücüsü işləyən Ferhat Taşpınar (25) 2018-ci ilin  oktyabrın  15-də Keçiborlu-Dinar qovşağında həyat yoldaşı 22 yaşlı Ümmühan Taşpınarı şərflə boğaraq öldürüb.  O, ertəsi gün İsparta Polis İdarəsinə gedərək  polislərə arvadının itkin düşməsi barədə məlumat verib. Ziddiyyətli ifadələrindən sonra Ferhat törətdiyi cinayəti etiraf etmək məcburiyyətində qalıb. Məhkəmə "qəsdən adam öldürmə" maddəsi ilə ona ömürlük həbs cəzası təyin edib. 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu