Torpaq yarıldı və yük maşını çuxura düşdü


Adanada qumla dolu yük maşını yolun çökməsi nəticəsində yaranan çuxura düşüb. Avtomobil saatlarla işdən sonra düşdüyü yerdən çıxarılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  hadisə Yüreğir mahalı, Güzelevler məhəlləsi, Sümbül küçəsində baş verib.

İddialara görə, yolun çökməsi nəticəsində qumla dolu yük maşını çuxura düşüb. Sürücü ətrafdakı vətəndaşların köməkliyi ilə avtomobildən çıxarılıb, yük maşını saatlarla çalışmalardan sonra çuxurdan çıxarılıb.

Hadisə zamanı yük maşınına yüklənmiş qum yola səpələnib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.