Həkimlər bacarmadı, gənə adamı öldürdü

Türkiyənin Bingöl bölgəsinin Yedisu rayonunda Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan bir şəxs dünyasını dəyişib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Güzgülü kəndində yaşayan H.K-nın (67) bədəninə bir həftə əvvəl gənə ilişib.

Yedisu Cəmiyyət Sağlamlığı Mərkəzinə müraciət edən H.K., KKKA xəstəliyi şübhəsi ilə Ərzurum Şəhər xəstəxanasına göndərilib.

Bütün müdaxilələrə baxmayaraq H.K-nın həyatını xilas etmək mümkün olmayıb.