Ukrayna silahlanır ! - “Azərbaycanın hərbi uğurları Kiyevi də həvəsləndirib” 

Bir neçə gündür, Ukraynanın Krımı işğaldan azad etməsinə dair iddialar yayılır. Hətta məlumata görə, rəsmi Kiyev öz ordusunu Krımla sərhəddə yerləşdirib. Ukrayna prezidenti Vladimir Zelinskinin Türkiyəyə səfəri və səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşündən, müdafiə müqaviləsi imzalamasından dərhal sonra belə iddiaların səslənməsi təsadüfüdürmü? 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bu suala cavab verib: 

“Azərbaycanın genişmiqyaslı əks-hücum əməliyyatlarını uğurla davam etdirməsi, əlbəttə, eyni problemdən, yəni ərazi bütövlüyündən əziyyət çəkən digər dövlətləri, o cümlədən Ukraynanı, Gürcüstanı, Moldoviyanı həvəsləndirir.

Bəli, Ukrayna prezidenti Zelinski hərbi əməkdaşlığı inkişaf etdirir, ölkəsinin hərbi qüdrətini artırır.

Amma onun müharibəyə başlayacağına inanmıram. Birincisi ona görə ki, prezident danışıqların tərəfdarı olduğunu deyib. İkincisi isə Ukraynanın belə bir addımı birbaşa Rusiyanı qarşısına almaq deməkdir.

Hər halda bizim düşmənimizlə Kremlin gücü eyni deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu