“Fransada islamofobiya, türkofobiya dövlət səviyyəsindədir”

Prezident Emmanüel Makronun Məhəmməd Peyğəmbərin karikaturalarına dövlət səviyyəsində icazə verməsi onların islama və islam ümmətinə münasbətini ortaya qoyur”

“Qardaş Türkiyənin prezidenti Rəcəb Tayip Ərdoğan demişdi ki,  faşizm, nasizmlik onların qanındadır”

İkinci Dağlıq Qarabağ müharibəsi başlanan andan etibarən Fransada kampakt yaşayan ermənilər etiraz aksiyası keçirirlər. Onlar müsəlmanlara, türklərə qarşı cəbhə açıblar. Ötən gün də Fransada ermənilərlə türklər arasında qarşıdurma yaşanıb. Bir qrup ermənipərəst etirazçı Fransanın cənub-şərqindəki İsere şəhərindəki A7 magistral yolunu bağlayıb. Səhər saatlarında Lion və Marsel istiqamətlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Tıxacda qalanlarla etirazçılar arasında gərginlik yaşanıb və onlara etiraz edən türk vətəndaşlarına hücum edib. Nəticədə  1-i ağır olmaqla, 4 nəfər türk vətəndaşı yaralanıb. Ağır yaralı xəstəxanaya aparılıb.

Xəsarət alanlardan biri də Mehmet Coşğundur. Onun sözlərinə görə, ermənilər atasını, qardaşını və onu döyüblər, amma buna baxmayaraq, nə yaxınlıqda olan Fransa polisi müdaxilə edib, nə də tibbi yardım vaxtında gəlib. Əlbəttə, Fransa polisinin bu işə müdaxilə etməməsi ayrı- seçkiliyin bariz sübutudur. 

Bu da orda yaşayan soydaşlarımız, türklər və müsəlmanlar  üçün təhlükəli meyllər yarada bilər.


Vəziyyəti şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli  "Sherg.az"a  bildirib ki, Fransada 2 il əvvəl baş verən inqilabdan sonra bu dövlət ədəb-ərkan və  sərhəd tanımadı. Ona görə də onlar demokratiya, söz azadlığı adı altında ağıllarını gələni edirlər:

“Baş verən hadisələr bir daha göstərdi ki, bu, xristian ölkələrinin türk düşmənliyidir. Artıq Fransada islamofobiya,  türkofobiya  dövlət səviyyəsindədir. Fransa prezidenti Emmanüel Makronun Məhəmməd Peyğəmbərin karikaturalarına dövlət səviyyəsində icazə verməsi onların islama və islam ümmətinə münasbətini ortaya qoyur.

İsanların göz görə-görə döyülməsi və polislərin müdaxilə etməməsi 1-ci dəfə deyil. İstər Amerikada, istərsə də, digər demokratik ölkələrdə belə hadisələr çox olub.

Ola bilsin ki, öz vətəndaşlarına da belə davranırlar. Bu hadisələrin baş verməsi bizim üçün təəccüblü görünüb, çünki illərdir Qərb demokratiyasını elə aşılayıblar ki, sanki  haqq-ədalət, qayda-qanun hər şey gözəldir.

Qardaş Türkiyənin prezidenti Rəcəb Tayip Ərdoğan demişdi ki,  faşizm, nasizmlik onların qanındadır. Son 100 ilin ən mənfur ideologiyaları- libberalizm, nasizm, kommunizm və faşizm  Avropa ölkələrində olub. Nə olsun ki, Adolf  Hitler ölüb. Onun təfəkkürünü yaşadıb türklərə və müsəlmanlara qarşı davam etdirirlər".

Pərvin Piriyev

Paylaş

Bizi Facebookda izləyin
menu
menu