Deputatdan REAKSİYA: “Fransa bunları unutmamalı idi”

“Rəsmi Parisin qondarma rejimi tanımaqla bağlı təşəbbüsünün heç bir nəticə verməyəcəyinə inanıram”

“Ötən illərdə o ölkədə xeyli mədəni layihələr həyata keçirmişik"

“Le musée de Louvre” və “Notre-Dame” kilsəsinin təmirinə yardım etmişik”

“Beləkliklə, dünyəvi dəyərlərə ehtiramımızı planetə göstərmişik”


Ötənlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Dövlət başçısı və birinci xanım səfər zamanı Ağdam məscidini ziyarət ediblər. Dövlət başçısı nitqində bir sıra mühüm məqamlara toxunub.

Həmçinin Azərbaycanın bütün dünyada tolerant, milli-mədəni dəyərlərə hörmət edən ölkə kimi tanınması vurğulanıb: “Bu gün işğaldan azad olunan torpaqların mənzərəsi erməni vandallar tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını aydın görməyə imkan verir.

Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? İslamofob hissləri alovlandıran, İslam müqəddəslərinin təhqirlərinə göz yuman və hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar.

Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Azərbaycanda bütün milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır”.

Bu barədə “Sherg.az”a danışan millət vəkili Jalə Əliyeva Prezidentin fikirlərini humanizmin növbəti təzahürü kimi qiymətləndirib:

 “Dövlət başçısı müharibə müddətindəki bütün müsahibələrində, müraciətlərində həm də dünyaya mesaj verirdi. Həmin çıxışların hər birinin arxasında dövlətimizin sarsılmaz gücü, xalqımızın yenilməz iradəsi var idi.

Onlar eyni zamanda tolerantlıq, dünyəvilik baxımından əhəmiyyyətlidir. Azərbaycan müharibənin taleyini həll etdiyi bir vaxtda düşmənə ultimatum göndərdi. Bu da növbəti humanizm göstəricisi idi.

Halbuki ermənilər ötən illərdə təkcə torpaqlarımızı zəbt etməyiblər, eləcə də milli- mədəni dəyərlərimizi, o cümlədən Allah evi sayılan məscidlərimizi dağıdıblar.

Beləliklə, bütün insanlığa qarşı cinayət, vəhşilik, faşistlik törədilib. Hər halda Gövhər Ağa məscidinin necə dağıdıldığını təkcə biz yox, bütün dünya gördü.

Nəticədə erməni xisləti növbəti dəfə üzə çıxdı. İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, belə hallar işğalçının havadarlarına heç bir halda alnıaçıqlıq, üzüağlıq gətirmir”.

J.Əliyevanın sözlərinə görə, dünya Azərbaycandan nümunə götürməlidir:

“İnsanlarımızın məhrumiyyətlərinə, dədə-baba torpaqlarından didərgin düşmələrinə rəğmən, biz həmişə dini dəyərlərə ehtiramla yanaşmışıq. Bunu prezidentin dünənki çıxışı da göstərdi.

Fransanın Dağlıq Qarabağ Qondarma Respublikasını tanımaqla bağlı təşəbbüsünün heç bir nəticə verməyəcəyinə inanıram. Biz ötən illərdə o ölkədə xeyli mədəni layihələr həyata keçirmiş, o cümlədən Luvr muzeyini, Notr -dam kilsəsini təmir etmişik.

Beləkliklə, dünyəvi dəyərlərə ehtiramımızı planetə göstərmişik. Fransa heç olmasa, bizim bu addımlarımızı unutmamalı idi. Bizim siyasətimizin kökündə heç bir dünya insanına qarşı ayrı-seçkilik etməmək dayanıb. Dünya ictimaiyyətinin bunu qiymətləndirəcəyini və Azərbaycanın haqq işinin yanında olacağını düşünürəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu