Türkiyə axtarış üçün İrana helikopter və heyət göndərib

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran tərəfi Türkiyədən gecəgörmə axtarış-xilasetmə helikopteri istəyib.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, artıq 32 alpinist axtarış-xilasetmə qrupu və 6 maşın yola salınıb.