Ermənilər bütün cinayətlərinə görə cavab verməlidir

Onların hərəkəti təkcə bir torpaq işğalı deyil, bu, bütöv bir xalqa qarşı mənəvi terrordur

Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş Ermənistan işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan irsini məhv edib. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidlərinin arxitektur xüsusiyyətləri və mahiyyəti dəyişdirilib və İran abidələri kimi qələmə verilib. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri və bir çox mülki əhalimizin qəbirləri dağıdılıb.

İlahiyyatçı-alim Hacı Şahin Həsənli vurğulayıb ki, istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də hazırkı müharibə zamanında ermənilər bizim tarixi və dini abidələrimizi məhv ediblər. İlahiyyatçı-alim qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda məscidlərin tövlələrə çevrildiyinin, dağıdıldığının bu dəfə də bir daha şahidi olduq:

"İşğaldan torpaqlarımız azad olunduqca həmin ərazilərdə tarixi və mədəni abidələrimizi necə məhv etdiklərini gördük. Ermənilər məscidlərlə  yanaşı qəbiristanlıqlarımızı da dağıdıblar. Bütün bunlar təkcə xalqın torpaqlarına deyil, dəyərlərinə təcavüzünün göstəricisidir. Yəni onlar bizim tarixi irsimizi məhv etməklə məşğul olublar. 

Onların məqsədi bu olub ki, onlar torpaqlarımızda Azərbaycanla bağlı nə varsa hamısını məhv etsinlər. Bununla da onlar da tarixi rahat şəkildə təhrif edə bilsinlər. Bu torpaqların Azərbaycanla bağlılığını inkar etmək üçün bu mənəvi irsə təcavüz ediblər. Orada azərbaycanlıların izlərini məhv etməyə çalışıblar". 

"Amma torpaqlarımız işğaldan azad olunduqca dövlətimiz bütün faktları ictimailəşdirir. Bu faktlarla bağlı beynəlxalq qurumlara müraciət olunacaq. Onlardan kompensasiya tələb ediləcək, yəni onlar törətdikləri  cinayətin bədəlini mütləq ödəyəcəklər. 

Bu təkcə bir torpaq işğalı deyil, bu, bütöv bir xalqa qarşı mənəvi terrordur. Ona görə də onlar növbəti dəfə öz erməni xislətlərini ortaya qoydular. Biz çalışmalıyıq ki, bütün bu məsələləri dünya ictimaiyyətinə çatdıraq və bu istiqamətdə də ardıcıl addımlar ataq. 

Ermənilər tamahkarlıq ucbatından hər bir şeyin onlara məxsus olduğunu iddia edirlər.

Bütün bunları gerçəklik kimi göstərmək üçün abidələrimizi ya dağıdıblar, ya təhqir ediblər, yaxud da digər xalqlara məxsus olan kilsələri özününküləşdirməyə cəhd göstəriblər. Onların işi yalnız tarixi həqiqətləri təhrif etməkdir.

Buna görə də onlar məzarlıqları dağıtmaqla, Azərbaycan irsinin o torpaqda olmadığını sübut etməyə çalışıblar. Bütün bunlar böyük bir cinayətdir. O cinayətə görə də mütləq cavab verməli olacaqlar".  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu