ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Linn Treysi müəyyən müddətə Rusiyanı tərk edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb.

Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb.