Risklər böyükdür ! - Rəqəmsal hücumlardan qorunun

Bütün dünyanı cənginə alan pandemiya  müddətində bir sıra ölkələrdə tətbiq olunan karantin səbəbindən hər kəs zamanın çox hissəsini rəqəmsal dünyada keçirməyə başlayıb. Hətta bütün həyatımızı rəqəmsal dünyada yaşayırıq da deyə bilərik. Artıq təhsildən tutmuş ofis işləri, alış-veriş, demək olar ki, əyləncəyə qədər  hər mövzuda rəqəmsal dünyanın üstünlüklərindən faydalanmaqdayıq. Ancaq unutmamalıyıq ki,  rəqəmsal dünyada özümüzü və ailəmizi qorumağımızı tələb edən bir çox  risklər də mövcuddur. İndi həmin risklərdən bəzilərini təqdim edirik:

Birincisi, ilk olaraq kibertəhlükəsizliyə ciddi şəkildə diqqət edilməlidir.  Bu, xüsusilə uşaqlar üçün böyük təhdid yaradır. Rəqəmsal mühitdə edilən ifşa, böhtan, alçaltma və təhdid psixoloji təzyiqləri ehtiva edir.

Bu təzyiqlər adamda özünə inamsızlıq, ictimai qayğı və ailə içi narahatlıq kimi bir çox mənfi vəziyyətləri də özü ilə gətirir.

Valideynlər  uşaqlarını kibertəhlükələrdən qorumaq üçün mütləq onları rəqəmsal mühitdə daimi izləmələri  vacibdir. Və onlara kiber zorakılığı anlaya biləcəkləri bir şəkildə izah etməlidirlər.

İkincisi, sosial mediada hər hansısa mövzunun linkini basmamışdan öncə bir neçə dəfə bu mövzu ətrafında düşünülməsi mühümdür. Çünki təhlükəsizliklə bağlı problem yaşayanların çoxu hadisəni izah edərkən "Mənimlə bağlı bir elektron məktub olduğunu düşündüyüm üçün linkə basmışdım" deyir.

Halbuki, bu vəziyyət sosial şəbəkə dələduzlarının tez-tez tətbiq etdiyi üsullardan yalnız biridir. “Qarmaq atmaq” adı verilən bu üsulda istifadəçi linki basdığı andan etibarən kompüterinin arxa planına kiçik bir fayl endirilir və bu fayl sayəsində kompüterdə yer alan şifrəli fayllar ələ keçirilir.

Belə bir vəziyyətlə qarşılaşmamaq üçün əvvəlcə kompüter əməliyyat sisteminin aktuallığından və kompüterdə antivirus proqramının yüklü olduğundan əmin olunmalıdır. Gələn elektron məktubların və ya ictimai media mesajlarının etibarlı adamlara aid olub-olmadığına mütləq nəzarət edilməlidir.

Digər məsələlərdən biri isə uşaqlar üçün hazırlanmış xüsusi məzmunların seçilməsidir. Mənfi duyğuların və davranışların kütlələrə yayılmasında rəqəmsal mühitin gücü qarşısıalınmaz bir gerçəklikdir.

Bu səbəbdən də, xüsusilə uşaqların rəqəmsal mühiti yoxlanılmalıdır. Bununla yanaşı mütəxəssis  tərəfindən yalnız uşaqlar üçün aid olan məzmun və tətbiqlərin seçilməsi mütləqdir.

ABŞ-da aparılan araşdırmaya görə, internet istifadəçilərinin 91 faizi bir veb sayta və ya tətbiqə üzv olarkən istifadə şərtlərinin tək sətirini oxumadan qəbul edir.

Bu səbəbdən də şərtdəki bütün maddələr qəbul edilmiş sayılır və fərdi məlumatların istifadəsinə qapı açılmış olur. Buna görə də gələcəkdə çətinliklər  yaşamamaq üçün veb sayta üzv olarkən şərtlərin oxunmasına xüsusi diqqət yetirilməlidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu