Nərminin atası detalları açdı:“...İlkini qabağa veriblər” – Daha susmayacağam!
Fidan Həmişəyeva
12:08 01.02.2021
Gündəm
4165
2020-ci ilin 6 yanvar tarixində Tovuzda azyaşlı qızın yanmış cəsədi ilə bağlı yayılan xəbərlər bütün mətbuatın gündəmini zəbt etmişdi. Rayonun Dondar Quşçu kəndindən olan 10 yaşlı Nərmin Quliyevanın müəmma dolu qətli ölkəni silkələdi. Müxtəlif fikir və mülahizələr irəli sürüldü. Lakin Nərminin qətlində kənd sakini İlkin Süleymanov ittiham olunaraq həbs edildi.
İ.Süleymanovun ailəsi isə cinayət ittihamlarını qəbul etmir. Bundan başqa, Nərminin valideynlərinin susqunluğu da diqqətləri özünə çəkməmiş deyil. Hətta bəzi iddialar səsləndi ki, Nərminin valideynləri müəyyən məqamları ört-basdır etmək üçün açıqlama vermirlər.
N.Quliyevanın atası Şərif Quliyev səslənən iddialarla bağlı “Sherg.az”ın suallarını cavablandırıb:
-Həyat yoldaşınız Aynurə İsmayılova və sizin mətbuata açıqlama verməməyiniz müəyyən şübhələrə yol açıb. Nə üçün açıqlama vermirdiniz?
-Heç vaxt nələrisə danışmaqdan qaçmamışam. Mən prokuror deyiləm ki, çıxıb öz-özümə açıqlama verim. Kim istəyirsə, gəlib müsahibə götürsün ki, mən də danışım. Mətbuata bütün informasiyaları verməliyik. Bundan nə zamansa boyun qaçırmamışam.
-Qızınızın qətli ilə bağlı hələ də qaranlıq qalan sualların olduğu bildirilir. Sizcə, İlkin həqiqətən də qatildir?
-Bəli. Qızımı öldürən İlkin və onun ətrafıdır. Sadəcə İlkini qabağa veriblər. Əmisi və qardaşı müxtəlif kanallarda çıxış edirlər, deyirlər ki, onları işdən çıxardıblar. Onlar İlkin barədə düşünmürlər, ancaq öz işləri ilə maraqlanırlar
-Bəzi iddialar səsləndirildi ki, Nərminin ailəsinə Bakıdan ev veriblər. Məhz bunun üçün də susurlar...
-Belə bir şey olmayıb, ola da bilməz. Allaha and olsun ki, qızımın ölümündən sonra nə ev, nə də pul veriblər. Kim istəyir gəlib baxsın və belə bir halın olub-olmadığını araşdırsın.
-Yoldaşınız Aynurə xanım indi necədir?
-Övladını itirən ana necədirsə elədir... Məhkəmə “COVİD 19”a görə fevralın 13-nə təxirə salınıb. Nə edə bilərik ki? Dövlətimiz nə deyirsə, ona da inanırıq.
-Yoldaşınız bu məşum hadisədən sonra bildirmişdi ki, digər övladlarınızın təhlükəsizliyi üçün çox qorxur. Yenə Tovuzda həminki evinizdəmi yaşayırsınız?
-Bəli. Heç yerə getməmişik. Uşaqlar da evdədir, onlayn formada dərs keçirlər. Kimdən istəsəniz, öyrənə bilərsiniz.
-Nərminin qətlə yetirilməzdən öncə hamilə olmasına dair iddialar dolaşır...
- İlkinin qardaşı və 70 yaşlı əmisi qızımın hamilə olduğunu deyirlər. Onlara şər atmaq yaraşırmı? İlkinin qardaşı, əmisi Süleyman Süleymanov və əmisi oğlu Tariyel Süleymanov Nərminə bala deyirlər, sonra da hamiləlik iddiasını ortalığa atırlar. Bu mövzuya qədər mən onlara nəsə deməmişdim. Amma daha susmayacağam. Heç zaman da mətbuatdan qaçmamışam.
Qeyd edək ki, qarşı tərəfin - qətldə günahlandırılan İlkin Süleymanovun qardaşı Adil Süleymanovun MÜSAHİBƏSİ
Söhbətləşdi: Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm