Meriya onları ölümdən qurtarmalıdır

Yol süpürən qadınların bəlli iş saatı yoxdur

Elə insan var ki, hər yaşda zəhmət çəkir, ailəsinə bir tikə də olsa çörək aparmaq üçün özünü oda-közə vurur. Hazırda sizə bəhs edəcəyimiz insanlar yaşlarının çox olmasına baxmayaraq, hətta öz canlarını təhlükəyə atmaqla evlərini dolandırmağa çalışırlar. Yəqin ki, gecə-gündüz demədən yolları təmizləyən  yaşlıları hamı görür. 

Səhərin gözü açılmadan, hələ biz yuxudan durmadan işə başlasalar da, axşama qədər yollarda, canlarını heçə sayaraq çalışırlar. Hətta "süpürgəçi qadını maşın vurdu" başlıqlı xəbərləri də az eşitmirik. Günün ən pik saatlarında, yolun hərəkət hissəsində təmizlik işləri aparan bu yaşlı insanların təhlükəsizliyi və həyatı nə dərəcədə qorunur?



AVCİA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq"ə deyib ki, məsələni işıqlandırmaqla problemi həll etmək lazımdır:

"Bu məsələ barəsində çox ciddi problemlər var. Həmin insanların əksəriyyəti sosial durumu pis olanlardır. Az maaşla da olsa çətin işdə çalışmağa razı olurlar. Bu insanların hər an işlərini itirmək təhlükəsi var.

Buna görə də günün hansı saatında olur-olsun onları işə çıxarırlar. Bu baxımdan həmin insanların problemini işıqlandırıb, məsələni həll etmək olar. Yəqin ki, sözügedən məsələ ilə məşğul olan qeyri-hökumət təşkilatları var. Bu haqda cəmiyyətdə ictimai rəy yaratmaq olduqca vacibdir. Bəlkə bundan sonra o insanlara qarşı diqqət artar".

Aytac Ali 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu