15 yaşlının dəhşəti: Dostunu bıçaqladı
 

 İstanbulda azyaşlılar arasında yaranan münaqişə 16 yaşlı uşağın qətli ilə nəticələnib.
 “Sherg.az” “sozçu.com.tr”yə istinadən xəbər verir ki, İstanbulun  Başakşəhər səmtində yaşayan 15 yaşlı A.R.Ç. qohumu Samət D.ni 4 ay əvvəl bıçaqlayıb. Bu azmış kimi “səninlə kim dostluq edirsə, onları da bıçaqlayacam”, deyə təhdid edib. Axşam saatlarında Samət dostu Barış Aksoy ilə evin damında oturduğu vaxt A.R.Ç. ora gəlib. Və Barış Aksoyla mübahisə etməyə başlayıb.  B.Aksoy küçəyə çıxıb, A.R.Ç. də onun ardınca düşüb. Evdən 200 metr aralıda Barış Aksoyu ürəyindən bıçaqlayıb. Ağır yaralanan barış Aksoy Başakşəhər Çam və Sakura Şəhər Xəstəxanasına aparılıb, təcili əməliyyat edilib.  Lakin həkimlərin səyinə baxmayaraq, Barış vəfat edib. 15 yaşlı A.R.Ç. isə polis tərəfindən saxlanılıb. B.Aksoyun ailəsi Ədli Tibb Qurumunun önünə gələrək cənazəni təslim alıblar. B.Aksoyun əmisi Yusuf Aksoy  hadisə barədə danışarkən qardaşı oğlunu bıçaqlayan uşağın öz əmisi oğlunu təhdid etidiyini, “səninlə dostluq edənləri də öldürəcəyəm”, söylədiyini bildirib. “4 ay əvvəl öz əmisi oğlunu bıçaqlayıb. Qohumdurlar deyə, kimsə səsini çıxarmayıb. Şikayətçi olmayıblar. O da “qudurub”, bu dəfə Samətin dostu, mənim qardaşı oğlumu ürəyindən bıçaqlayıb. Həkim dedi ki, uşağın qəlbi parçalanıb”. Barış Aksoyun digər əmisi Qalib Aksoy da hadisənin dəhşətini anladıb: “Barış o uşağı heç tanımır. Samətlə birgə oturub söhbət edirmiş. Bu uşaq yaxınlaşıb onlarla mübahisə edib. Barış ordan aralanıb, evə gəlirmiş. Bu uşaq ardınca çıxıb yolda onu bıçaqlayıb. Elə zərbə endirib ki, uşağın ürəyi parça-parça olub.  Həkimlər çox çalışdı, 45 dəqiqə ürək  masajı etdilər, kömək olmadı. Səhər saatlarında vəfat etdi”. Aksoy ailəsi qarşısına çıxanları bıçaqlamaqla təhdid edən uşağın həbsini, ailəsinin də məsuliyyətə cəlb edilməsini tələb edirlər.