Bu işdə kompromis yoxdur:“Erməni terrorçular qaytarılmayacaq”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-da bu gün başlayan yaz sessiyasında telekonfrans vasitəsilə çıxış deyib. O, erməni terrorçuları ilə bağlı bağlı mövzunun AŞPA-da debat mövzusu olaraq müzakirə edilməsi təklifinə etiraz edib: “Azərbaycan hər zaman sülh istəyib və artıq bunun üçün əlindən gələnin ən yaxşısını edir. Bu cür debat mövzuları sülh üçün maneələr yaradır. Bu cür mövzuların detallarını bilmədən müzakirəyə çıxarmaq cəhdləri məsələni daha da böyüdür, sülh üçün daha çox maneə yaradır".
Görünür, düşmənin hələ də “ipə-sapa yatmaq” fikri yoxdur...



Politoloq İlqar Vəlizadə ermənilərin sözügedən səylərini “Sherg.az”a şərh etdi: 

“Təəssüf ki, sözügedən məsələ Minsk Qrupunun bəyanatında da öz əksini tapıb. Onlar Azərbaycanın əzəli torpağı olan Qarabağda tutulan erməni terrorçuların beynəlxalq humanitar hüquq çərçivəsində qaytarılmasını tələb edirlər. Və bu, ermənilərə “qol-qanad verir”. Düşmən özünü haqlı hesab edərək nəyəsə nail ola biləcəyini düşünür. Belə addımlar üçtərəfli sazişin tələblərinin yerinə yetirilməsinə əngəl törətmək və müharibədən əvvəlki vəziyyətə qayıtmaq məqsədi daşıyır”.

İ.Vəlizadənin fikrincə, rəsmi Bakı öz mövqeyində qəti olmalıdır: 

“Bu məsələdə hansısa kompromisdən söhbət gedə bilməz. Çünki ermənilərin “hərbi əsir” adlandırdıqları adamlar əslində terrorçudurlar. Bizim onları qaytarmağımız isə özümüzü aldatmağımız olar.
Əvvəlcə rəsmi İrəvan belə halların təkrarlanmaması barədə zəmanət veməlidir. Əks halda biz növbəti diversiya cəhdlərinin olmamasına əmin ola bilmərik. İkinci bir tərəfdən Minsk Qrupu özünü təsdiq etmək istəyirsə, o da bizi inandırmalıdır ki, daha hansısa təxribata yol verilməyəcək.
Yalnız bunlardan sonra müəyyən məsələləri çözmək mümkündür”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu