Səməd Seyidov: "Avstriya təcrübəsində fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır"




Azərbaycanın xarici ölkələrdə səfirliklərinin, diplomatik təmsilçiliklərinin sayına yenidən baxıla bilər. 

Sherg.az-ın məlumatına görə bu haqda təklifi büdcə müzakirələri zamanı Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov verib. 

Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyinin fəaliyyət göstərdiyini söyləyən deputat bildirib ki, öncə müəyyən edilməlidir ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?!

"Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir. Ən yüksək təhlillərdən sonra səmərəsiz, fəaliyyəti olmayan səfirlik bağlanır, başqa ölkədə açılır. Amma səfirliklərin sayı artırılmır. Hesab edirəm ki, postneft siyasətinə keçid yalnız iqtisadi modelə yox, xarici əlaqələrə də aid olmalıdır. Biz bu istiqamətdə təhlillər aparmalıyıq”.

Anar