Türkiyədə ilk, dünyada 12-ci...

İki dəfə hamilə qalan ananı əkizləri sevindirdi
 İzmirin Urla qəsəbəsində hamilə qaldıqdan bir ay sonra fərqli yumurtalığında yenidən döllənmə yoluyla ikinci dəfə hamilə qalan Sevinc Polad, iki körpə dünyaya gətirdi. Türkiyədə ilk dəfə yaşanan hadisə dünyada 12-ci hadisə kimi tibb tarixinə düşüb.
Türk mediası xəbər verir ki, Urlada yaşayan Ender - Sevinc Polad cütlüyü, fevral ayında həkimə gediblər və uşaq sahibi olacaqlarını öyrəniblər. Gənc cütlük bir ay sonra təkrar müayinə zamanı isə böyük şok yaşayıblar. Sevinc Poladın başqa bir yumurtalığının döllənməsi nəticəsində təkrar hamilə qaldığı məlum olub. Cütlük 6 oktyabrda Poyraz və Ayaz adını verdikləri körpələrini qucaqlarına alıblar. Körpələrini sağlam şəkildə qucaqlarına aldıqları üçün xoşbəxt olduğunu ifadə edən Sevinc Polad, "İlk həkimə getdiyim zaman hamilə olduğumu öyrəndim. Çox xoşbəxt olduq. Bir ay sonra həkimim bizə ikinci dəfə hamilə olduğumu söylədi. Böyük bir şok yaşadım. Çox çaşdıq. Əmin olmaq üçün həkimimiz başqa bir həkimə yönəltdi. Doktor peşə həyatı boyunca ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını söylədi. Həyat yoldaşım da duyanda çox çaşdı. Gözləri doldu. "Necə baxacağıq” deyə narahat oldu. Amma cocuqlar sağlam bir şəkildə evimizə gəldikləri üçün xoşbəxtik. İkisini də keysəriyə ilə eyni anda dünyaya gətirdim. Böyük oğulum Poyraz 2.5, kiçik oğulum Ayaz isə kilo yarım olaraq doğuldu. Ayaz 20 gün xüsusi nəzarət altında qaldı. Çox şükr, indi yanımdadır. Çox xoşbəxtik" deyə sevincini dilə gətirib.