Alimlər şokdadır: Uçan dinozavr növü kəşf edildi

Onların qanadları 12 metrə çatır
Alimlər ABŞ-da 200 milyon il əvvəl yaşadığı güman edilən yeni bir uçan dinozavr (pterosaur) növü kəşf edib.
BBC-nin xəbərinə görə, Brigham Young Universitetinin (BYU) Geologiya elmləri professoru Brooks Britt, araşdırmalar zamanı sümüklər tapdıqlarını və bunların 200 milyon il əvvəlinə aid olduğunu düşündüklərini bildirib. Kəşf yerindən 18 min ədəd sümük tapdıqlarını və uçan dinozavrların bir növünə aid olduğunu ifadə edən Britt, yeni növə "müqəddəs külək” adını verdiklərini vurğulayıb.
Pterosaur növlərinin, dünyada yaşayan ilk uçan canlılar olduqları ifadə edilir.
Alimlər indiki vaxtda uçan dinozavrlara aid qalıqlara rast gəldiklərinin çox nadir göründüyünü qeyd edirlər.
Pterosaurlar uçan ilk onurğalı canlı olması ilə bərabər, həm də yer üzünün səmalarına 150 milyon ildən çox hakim olmasıyla da uçan sürünən olaraq tanınır.
Bu dinozavrların ön ayaqlarından inkişaf edən qanadlarının uzunluğu 12 metrə qədər çatır.
Turan