Bu ilin dövlət büdcəsinə dəyişiklik qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sherg.az bildirir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişikliklə, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılır.

Eyni zamnada, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.