"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə saldı (YENİLƏNİB)

Qaz təchizatında hər hansı məhdudiyyət olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması texniki səbəblərdən təxirə salınıb. Yəni hər hansı məhdudiyyət olmayacaq.

09:59

Bu gün saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.