Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.
APA -nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bina sakinləri təxliyə olunub.Yanğın zamanı xəsarət alan olmayıb.Hadisə yerinə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov gəlib.11:47
Bakıda yaşayış binasında yanğın başlayıb.APA -nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, İ. Qutqaşınlı küçəsində qeydə alınıb. Çoxmərtəbəli binanın 13-14-cü mərtəbələri arasında elektrik lövhəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.Yanğının mənzillərə keçməsinin qarşısı alınıb.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.