Əlil oğlunu timsahlara atdı: "Ərim “yük” olaraq görürdü"


Əri cəmi altı yaşı olan əlil oğlunu “yük” görüb, onun ölməsini istəyib. İş o yerə çatıb ki, qatil cütlük tez-tez bu mövzuda dava edib. Anası ərinin təzyiqi ilə yazıq uşağı vəhşi timsahların üzdüyü kanala atıb. Uşağın parçalanmış meyiti timsahlardan birinin ağzında tapılıb.

Sherg.az xəbər verir ki, Cənubi Hindistanda qeydə alınan inanılmaz hadisəyə görə, altı yaşlı əlil oğlunu timsahlarla dolu kanala atdığı iddia edilən qadın həbs edilib.

Eşitmə və danışma qabiliyyəti zəif olan uşağın parçalanmış cəsədi bazar günü kanaldan çıxarılıb. Bir polis məmuru yerli mediaya bildirib ki, 32 yaşlı Savitri onu əmələ məcbur edən əri 36 yaşlı Ravi Kumarda günahlandırıb.

Polis inspektoru Krişna Barakeri qəzetə deyib:

"Şənbə gecəsi eyni məsələ ilə bağlı artan mübahisədən sonra Savitri oğlunu axşam saat 9 radələrində timsahların olduğu çaya bağlı tullantıların kanalizasiyasına atıb."

Qonşular həyəcan təbili çaldıqdan sonra polis uşağı tapmaq üçün dalğıcları göndərib. Lakin artıq hava qaraldığından axtarış əməliyyatı növbəti günə qədər gözləməli olub.

Polis uşağın cəsədinin timsahın çənələrindən qopardıqlarını bildirib. Bədəndə ciddi xəsarətlər, dişləmə izləri və  sağ qol olmaması müşahidə edilib. Polis həmçinin bildirib ki, cütlük qətl ittihamı ilə həbs edilib.

Savitri ərinin ona psixoloji işgəncə verdiyini iddia edərək, uşaqlarını kanala atdığını deyib:

“Cinayətə görə ərim cavabdehdir, deyirdi ki, "oğlumuz ölsün, yeməkdən başqa heç nə bilmir, onu burax getsin " . Ərim belə deyirdisə , oğlum daha nə qədər işgəncəyə dözə bilərdi? Acımı bölüşmək üçün hara gedəcəyəm?”.