Makronla Putin arasında telefon danışığı... – Nəyi müzakirə ediblər ?  

Dünən Fransa prezidenti Emmanüel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon  danışığı baş tutub. 

“Sherg.az” “armenews.com”a istinadən xəbər verir ki, liderlər Suriyanın şimal-şərqində " atəşkəs rejiminin uzadılmasının əhəmiyyəti və bu məsələnin diplomatik yolla tənzimlənməsi barədə söhbət aparıblar. 

Qeyd edək ki, bu telefon danışığının Vladimir Putinlə Rusiya prezidenti Rəcəb Tayyip Ərdoğan arasında bu gün Soçidə baş tutacaq görüş öncəsi gerçəkləşməsi heç də təsadüfi sayıla bilməz. 

Məlumat üçün bildirək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriya ilə sərhəddə təhükəsizliyini təmin etmək məqsədilə bu ərazidə yerləşən PYD,YPG və İŞİD terrorçu dəstələrinə qarşı hərbi əməliyyatlara başalayıb. Ötən həftənin cümə axşamından etibarən Ankara ilə Vaşinqton arasında, terrorçuların Suriyanın şimal-şərqindəki mövqelərindən çəkilməsini təmin etmək məqsədi ilə kövrək bir barışıq əldə olundu.

Bu barışığa görə, Ankara terrorçulara 120 saat vaxt verib. Bu saatlarda isə həmin müddət başa çatır. Türkiyə tərəfi bəyan edib ki, terrorçu dəstə təhlükəsizlik zonasını tərk etmədiyi halda 120 saatın tamamında əməliyyatları qaldığı yerdən davam etdirəcəyini söyləyib.