Maltada jurnalistin qətlində şübhəli bilinən şəxs tutuldu

2017-ci ildə Maltada şəxsi atomobilində partladılaraq qətlə yetirilmiş jurnalist Dafna Karuana Qalisiyanın ölümündə şübhəli bilinən şəxs yaxalanıb.

AZƏRTAC xəbər verir ki, Maltanın Baş Naziri Jozef Muskat təqsirləndirilən şəxsə əsl sifarişçilərin adını verəcəyi təqdirdə, əfv olunacağını bildirib. Polisin məlumatına görə, yaxalanan şəxs əsas sifarişçi ilə qətli həyata keçirənlər arasında vasitəçilik edib.

Dafna Karuana Qalisiya Maltanın ən populyar jurnalistlərindən biri olub. Onun qətli dünyada uzun müddət ən çox müzakirə edilən hadisələrdən biri olmuşdu. Qətli törədənlər hələ də cəzalarını almayıblar.