Rusiyada azərbaycanlıya hökm oxundu

Rusiyanın Nijni-Novqorod şəhərində azərbaycanlı insan oğurluğu və üç milyon rubl (79,800 azn) mənimsəməkdə ittiham edilib. Oxu.Az-ın xəbərinə görə, Azərbaycan vətəndaşı kimliyi bəlli olmayan üç nəfərlə əlbir olaraq özbəkistanlı biznesmenə hücum edib.

Zərərçəkəni bıçaqla qorxudaraq əllərini bağlayıb və avtomobilə qoyub, qaraja gətiriblər.

Cinayətkarlar biznesmeni döyərək, onu buraxmaq müqabilində pul tələb etmək üçün əmisi oğlunun nömrəsini istəyiblər.

Sonra qarajda tək qalan biznesmen oradan qaça bilib.

Məhkəmənin hökmü ilə azərbaycanlı 8 il 6 ay azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, biznesmenə vurduğu mənəvi zərərə görə 100 min rubl (2.660 AZN) ödəməlidir.