Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun açılması məsələsini müzakirə etmək niyyətindədir.
APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı Peter Siyarto ilə birgə brifinqdə deyib.
"Biz nəqliyyat infrastrukturunun açılmasında maraqlıyıq. Hələlik ümumi razılaşma yoxdur, amma bizim niyyətimiz bu məsələnin məhdudiyyət olmadan reallaşmasıdır", – Mirzoyan bildirib.