“Azərbaycan musiqisində şərq və qərbin nəfəsi” - Çilənay Hüseynova təqdim edir


Dekabrın 5-də saat 12.00-da ifaçı-bəstəkar Çilənay Hüseynovanın yeni buraxılmış “Azərbaycan musiqisində şərq və qərbin nəfəsi” adlı albomunun təqdimat mərasimi keçiriləcək.
 AMEA Mərkəzi Kitabxanasında keçiriləcək mərasim iki hissədən ibarət olacaq. Birinci hissədə Çilənay Hüseynovanın musiqi yaradıcılığı ilə bağlı bilgilərin verilməsi, çıxışlar olacaq.

İkinci hissədə isə iştirakçılar Çilənay xanımın canlı ifalarını dinləyə biləcəklər.

Tədbirdə iştirak sərbəstdir.