Ermənilər Qarabağın Azərbaycanlı İcması ilə danışıqlardan imtina edir

“Dağlıq Qarabağ tarixi boyu iki icmalı bölgə sayılmayıb. Hətta Sovet İttifaqı dövründə də bura ermənilərin yaşadığı muxtar ərazi hesab edilib”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirinin mətbuat katibi Anna Naqdalyan deyib. Onun fikrincə, Qarabağın azərbaycanlı və erməni icmaları arasında  görüş təklifi süni xarakter daşıyır.

“Azərbaycan tərəfinin məqsədi DağlIq Qarabağın danışıqlarda tərəf olması niyyətinə qarışıqlıq salmaqdır”.