7 yaşlı Yağmuru anasının sevgilisi döyür… - VİDEO

ARB kanalında yayımlanan bir ictimai-sosial verilişin hazırladığı sujetdə qızından gileylənən ananın əlindən uşaq birdəfəlik alınmalıdır.

Axar.az xəbər verir ki, belə bir çağırışla Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış edib.

K.Ağazadənin sözlərinə görə, 7 yaşlı qız ondan şikayətçi olan anasının sevgilisi tərəfindən dəfələrlə döyülüb:

“Bu qadın Yağmur adlı qızın anasıdır. Yağmur 3 yaşında bizim sığınacağa polis tərəfindən təhvil verilmişdi. Uşaq aşkarlananda çılpaq vəziyyətdə, bədəni zədələrlə dolu idi. Uşaq bildirirdi ki, məni anamın sevgilisi döyüb. Qadına bir neçə ay həbs qətimkan tədbiri seçildi və həbs olundu. Sonradan əlində faktların təsdiq olunmaması və həbsdən azad olunması barədə sənədləri təqdim edib, “Yağmur mənim balamdı! Onu sevirəm! Heç kimə də verməyəcəm!” iddiaları ilə alıb apardı. Biz də təklif etdik ki, Yağmuru müəssisəyə yerləşdir. Dinləmədi! Bu gün bu videonu gördüm və qadın yenə aqressivdir, uşaq yenə iddia edir ki, məni anamın sevgilisi döyür və bu səbəbdən də uşaq qaçır. Allah sənə lənət eləsin! Bu uşaq anadan təcrid edilib dövlət müəssisəsinə təhvil verilməlidir!”.