Nə vaxt zəlzələ olacağı dəqiq bilinmir: AJİOTAJ YARATMAQ OLMAZ

Türkiyədə zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq olunub. Elazığ şəhərinin Sivrice rayonunda 4,9, Kandilli ərazisində isə 5,1 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələ yaxın rayonlarda da hiss edilib. Mütəxəssislər vətəndaşlara bir saat evlərində çöldə qalmağı məsləhət görüb.

Keçmiş polis rəisi Mahmud Hacıyev Sherg.az-a açıqlamasında qeyd edib ki, təbii fəlakəti əvvəlcədən bilmək olmur. 

Onun sözlərinə görə, zəlzələnin baş verəcəyi haqqında dəqiq araşdırma aparıldıqdan sonra əhali məlumatlandırılmalıdır:

“Düzdür, bəzi elmlər var ki, onların sayəsində zəlzələnin ola biləcəyi müəyyənləşdirilir. Zəlzələ ilə də seymsmoloqlar məşğul olur. Ona görə də seysmoloqların dəqiq qərarından sonra əhaliyə müəyyən xəbərdarlıq etmək düzgündür. Yoxsa insanlara boş-boşuna xəbərdarlıq edib ajiotaj yaratmaq düzgün yanaşma deyil. Qarşıdan gələn təbii fəlakət və ya hansısa bədbəxt hadisə haqqında dəqiqləşdirmə aparmaq lazımdır. Bundan sonra əhali məlumatlandırılmalıdır”.



Mahmud Hacıyev: “Qarşıdan gələn təbii fəlakət və ya hansısa bədbəxt hadisə haqqında dəqiqləşdirmə aparmaq lazımdır”


M.Hacıyev bildirib ki, mütəxəssislərin də zəlzələnin baş verib-verməyəcəyini dəqiqliklə deməsi inandırıcı deyil:

“Çünki zəlzələ təbii fəlakətdir. Hər halda müəyyən yanaşmalar və təxmini araşdırmalardan sonra nəsə demək mümkündür. Yalnız bu araşdırmalardan sonra insanlara məlumat verilməlidir. Yoxsa əhali günlərlə çöldə yaşayası deyil. Bir hadisə dəqiq deyilsə, onun üçün nə xəbərdarlıq oluna bilər?  Bəzən seysmoloqlar deyirlər ki, bir təkan olub və növbəti təkanlar da gözlənilir. Bu zaman insanların da təhlükəsizliyi üçün xəbərlər verilməlidir. Yəni, müvafiq sahənin mütəxəssisləri və ekspertləri əsaslı şəkildə fikir bildirməlidirlər. Yoxsa boşuna ajiotaj yaratmaq olmaz”.