Xamenei ağladı: Süleymaninin cənazə namazını özü qıldı - FOTO

Bu gün Tehranda İranın Yaxın Şərq siyasətinin memarı olaraq bilinən SEPAH-ın “Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymani ilə vida mərasimi keçirilir. 

Sherg.az xarici mediaya istinadən bildirir ki, generalın cənazə namazını İranın ali dini lideri Ayətullah Xamenei şəxsən özü qılıb. 

Süleymani ilə vida mərasimində dini lider göz yaşları axıdıb. Xameneinin ağlaması diqqətlərdən yayınmayıb. 

Qeyd edək ki, Qasım Süleymani ali dini liderə bağlılığı ilə seçilirdi. 

Xatırladaq ki, general Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən atılan raketlə qətlə yetirilib. Artıq 4 gündür ki, dünyada bu qətlin müzakirəsi gedir.