Tanınmış jurnalistin namizədliyi qeydə alındı: "Biz növbəti mərhələyə  hazırıq" 


Tanınmış jurnalist, yazıçı-publisist Kərim Kərimlinin parlament seçkilərində iştirak etmək üçün namizədliyi qeydə alınıb. 

Sherg.az-ın xəbərinə görə, bu barədə Kərim Kərimli özü Feysbukda məlumat yayıb . 

Deputatlığa namizəd zəhməti keçən bütün adamlara təşəkkürünü bildirib: 



“Yanvarın 12-də məni 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə DSK-ya dəvət edərək, deputatlığa namizədliyiminin qeydə alınması barədə sınədi təqdim etdilər. Bundan sonra daha ciddi, məsuliyyətli və ağır proses başlayır.
Biz növbəti mərhələyə həm hazırıq, həm də hazırlaşmaqda davam edirik. Mənə imzatoplama kampaniyasında yardım edən, mənəvi dəstəyini əsirgəməyən hər kəsə təşəkkür edirəm. DSK-ya da göstərdiyi fəaliyyətə görə, minnətdarlığımı bildirirəm”.