Elməddin: "Saxtakarlıq edib, insanları çaşdırmayın!"

Mənim heç bir sosial şəbəkədə şəxsi hesabım yoxdur. Bu sözləri Kult.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov sosial şəbəkələrdə onun adına açılmış hesablarla bağlı deyib.

Aktyor sosial şəbəkələrdən tamamilə uzaq olduğunu bildirib:

“Sosial şəbəkələrdən tamamilə uzaq insanam. Mənim adımdan açılan hesablardan dostlarım vasitəsi ilə xəbər tutmuşam. Bu hesabları yaradan şəxslərdən xahiş edirəm ki, saxtakarlıq edərək insanları çaşdırmasınlar”.