ARAŞDIRMA:Yarasalar təhlükəli virusların "anbar"ıdır – NİYƏ?


Yarasalar virus anbarını təşkil edir ki, bu da atlara, həm də insanlara ötürülə bilər

Son illərin ən şiddətli epidemiyaları yarasalar vasitəsilə ötürülür.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki,  SARS, MERS, Ebola, Marburq və ehtimal ki, 2019-cu ilin dekabr ayından bu yana Çində yayılan koronavirus məhz yarasalar vasitəsilə ötürülüb. Çünki yarasaların orqanizmi , onun yüksək inkişaf etmiş immunitet sistemi virusun yayılması üçün çox əlverişlidir. Xəstəlik, insanlar kimi daha zəif bir immunitet sistemi olan başqa bir canlıya keçdikdə, insanlar bu virusdan çox əziyyət çəkir.

Berkeley Universitetinin tədqiqiaçtçıları “eLife” elmi jurnalında buna dair məqalə dərc ediblər. Yazıda qeyd olunur ki, bəzi yarasalar, o cümlədən insanlara ötürülən infeksiyaların mənbəyi kimi tanınanlar, xüsusilə güclü immunitet sistemlərinə sahibdirlər. Onlar  viruslardan qorunmağa həmişə hazırdırlar. Tədqiqatda da göstərilir ki, viral infeksiya onların bədənində baş verdikdən sonra, sürətli bir immun cavab hüceyrələrin xaricindəki virusları kilidləyir. Bu, onlara böyük bir virusa yoluxmamağa imkan verir. Belə olan halda viruslar bu sürətli cavaba qarşı çıxdığı  üçün onlar daha sürətli çoxalırlar. Bu şəkildə yarasalar tez çoxalan və tez ötürülən virusların anbarına çevrilir. 

Tədqiqatda qeyd olunur ki, yarasalar uçmağı bacaran yeganə məməlilərdir. Uçuş zamanı bu heyvanlar maddələr mübadiləsini gəmiricilərlə işləyərkən iki qat daha səmərəli edə bilirlər. Ümumiyyətlə, sıx fiziki fəaliyyətlər və yüksək metabolizm, reaktiv molekulların, ümumiyyətlə sərbəst radikalların yığılması səbəbindən daha böyük toxuma yırtıqlarına səbəb olur. Ancaq yarasa uça bilmək üçün bu dağıdıcı molekulları sıxışdıran fizioloji mexanizmləri inkişaf etdirmiş görünür. 

Bəzi yarasalar möhkəm immun cavabı vermək qabiliyyətinə malik olmaqla yanaşı, iltihab əleyhinə də cavab verə bilərlər.  Berkeley Universitetinin keçmiş doktoru və tədqiqatın müəllifi Cara Brook qeyd edib ki, yarasalarla insanların vücudu eyni strategiyanı tətbiq etsəydi, immunitet sistemimiz geniş iltihaba səbəb olardı. Yarasalar, immunitet xəstəliyinin qarşısını ala biləcək yeganə canlılardır".