"Vernisaj" adlı sərgi- ekspozisiyası keçiriləcək - Vaxt açıqlandı 

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Vernisaj"   adlı sərgi- ekspozisiyası keçiriləcək.

"Sherg.az" xəbər verir ki,  tədbir 20 fevral, saat  19:00 - da Ümumdünya Uşaq yaradıcılıq Fondunu rəyasət heyətinin, ÜmumAvropa  Qadın Rəsamlar Assosasiyasının, Rəssamlar İttifaqının üzvü Nərminə Vəliyeva və tələbələrinin "Rəngli duyğular" rəsm studiyasının iştirakı ilə baş tutacaq. 

Sərgidə 30-a yaxın rəssamın 150-də artıq rəsmi nümayiş olunacaq.  Sərgilənən işlər ABŞ, Fransa, İtaliya, Polşa, BƏƏ və digər ölkələrdə müxtəlif tanınmış sərgi salonlarında  nümayiş olunub.