14 yaşlı qız atası ilə yaşayan qadını bıçaqladı

Türkiyənin Malatya şəhərində 14 yaşlı qız atası ilə birlikdə yaşayan qadını bıçaqlayıb. Bu barədə “HaberGlobal” məlumat yayıb.

14 yaşlı F.T. ilə 39 yaşlı S.A. arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə getdikcə qızışıb və 14 yaşlı qız A.S-ya kürəyindən bıçaq zərbəsi endirib. Bıçaq yarası alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başladılıb.