Müttəfiqi də Paşinyana qarşı çıxdı: Ard-arda səhvlər...

Ermənistan hakimiyyəti “5-ci kolon”a strateji mövqe qazanmağa və ölkənin gələcəyini təhlükə altına qoymağa imkan yaradıb.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində Sasna Srer katibliyinin üzvü Varujan Avetisyan deyib. O, hakimiyyətin bununla köhnə iqtidarın revanş imkanlarını artırdığını bildirib:

“Hazırkı hakimiyyət ard-arda səhvlər buraxır və “5-ci kolon”a münasibətdə qeyri-effektiv mübarizəni qəbul edib. Bununla da süni “qara-ağ” situasiyası yaradıb”.

Qeyd edək ki, Sasna Srer terror qruplaşmasının partiyaya çevrilməsinə və üzvlərinin həbsdən buraxılmasına Paşinyan şərait yaradıb.