Məşhur rejissorun qızı həbs olunub


Porno aktrisa kimi tanınmaq istəyən dünyaca məşhur rejissor Stiven Spilberqin qızı Mikaella həbs olunub.
Axşam.az xəbər  verir ki, buna səbəb 23 yaşlı qızın 47 yaşlı nişanlısı Çak Pankov ilə küçədə münaqişə zamanı ona müxtəlif əşyalar atması olub.

Mikaella Amerikanın Tennessi ştatının Neşville şəhərində saxlanılıb.

Onun həbsini nişanlısı da təsdiqləyib. Stivenin qızı 12 saat polis şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Mikaella indiyə qədər bir çox problemlərlə üzləşib. O, anoreksiyaya və alkoqolizmə görə də müalicə olunub.