Xəstəxanalarda kadr dəyişikliyi... – TƏBİB keyfiyyəti yüksəldir

Adil Qeybulla:“Türkiyə təcrübəsindən istifadə etməliyik”

 “Astara rayon Mərkəzi Xəstəxanası” və “Cəlilabad rayon Mərkəzi Xəstəxanası”na təyinatlar olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu “Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.
   Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. 


Təyinatları dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, bu, TƏBİB-in müstəqil qurum olduğunu göstərir:

 “TƏBİB əslində icbari tibbi siğorta ilə bağlı yaradılmışdı. Yəni məntiqlə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməli idi. Xəstəxanalarda kadr dəyişikliyini icbari tibbi siğortaya nəzarət edən şəxslər həyata keçirirlər. Həkimlər protokolla işə götürülür. Bu, yaxşıdır. Ancaq biz tədricən Qərb, o cümlədən qonşu Türkiyə təcrübəsindən istifadə etməliyik”.