Tacir Fədayədən DANIŞDI: “Onu ilk dəfə toya aparan yenə mən oldum”


Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın bir müddətdir azadlıqdadır. Müğənni ötən ilin oktyabrında Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Məlumat üçün onu da bildirək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O,  2017-ci il oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Qeyd edək ki, F. Laçın həbsxanada olarkən onun duet ortağı olan tanınmış müğənni Tacir Şahmalıoğlunun ona baş çəkib-çəkməməsi məsələsi gündəmə gəlmişdi. Bu məsələyə görə, müəyyən qalmaqal da yaranmaışdı. Hətta müğənninin bacısı İlahə Fəda da Tacir Şahmalıoğlunun ünvanına tənqidi ifadələr söyləmişdi. 

Maraqlıdır, görəsən Tacir Şahmalıoğlu keçmiş duet ortağı azadlığına qovuşduqdan sonra onunla əlaqə saxlayıbmı, münasibətləri necədi? 

Sualımıza cavab tapmaq üçün T.Şahmalıoğlu ilə əlaqə saxladıq. O “Sherg.az”a bunları söylədi:
  
“Fədayə  Laçın 6-7 aydır azadlıqdadır.Münasibətimiz  çox yaxşıdır. Hətta  azadlığa  buraxılandan  sonra Fədayəni  ilk  dəfə toya  aparan  mən oldum”.

“Bəs yenidən duet  ortağı ola  bilərsinizmi?” sualına gəlincə, müğənni diqqətə çatdırıb ki, bu, mümkündür: 

“Ola bilər, niyə  də olmasın?! Biz düşmən deyilik.Hələ  məhbusluq həyatı yeni bitib, özünə gəlməlidir.Ondan sonra ola bilər”.

Samirə Ərəbova