Rusiyada koronavirusa yoluxanların sayı 4731 nəfərə çatıb

Rusiyada son sutka ərzində koronavirusa daha 582 yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların sayı 4731 nəfərə çatıb.

Son sutka ərzində 9 nəfərin öldüyü bildirilib.

Rusiyada koronavirusdan ölənlərin sayı isə 43-ə çatıb.