Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb


Gürcüstanın paytaxtı Tbilisinin Lermontov küçəsində qəzalı binanın sökülməsi zamanı bina uçub, nəticədə üç fəhlə dağıntıların altında qalıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə polis, təcili yardım maşınları və xilasetmə bölmələri cəlb edilib.

Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən verilən məlumata görə, fəhlələr dağıntılar altından çıxarılıb və xəstəxanaya yerləşdiriliblər.