Əli Əsədov: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır”


Milli Məclisin iclasında Baş nazir Əli Əsədov videohesabat zamanı koronavirus pandemiyasından danışıb. 

Oxu.Az-ın məlumatına görə, Baş nazir Prezident İlham Əliyevin ölkədə koronavirusa qarşı mübarizə aparmaq üçün həyata keçirdiyi işlərdən söz açıb.

O qeyd edib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. 

“Azərbaycan hökuməti dünyada gedən prosesləri izləyir və lazımi addımlar atır. Koronavirus infeksiyasına görə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsir edir. Lakin Azərbaycan hökuməti iqtisadiyyata dəyən zərərin qarşısını almaq üçün mühüm addımlar atır”, - deyə Baş nazir bildirib.