190 manat alan sakindən ölkə başçısına: “Bu qayğıya görə Sizə təşəkkür edirəm”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Ağcabədinin Hacıbədəlli kəndindən Jalə Qurbanlı prezidentə yazır: 

“Cənab Prezident, xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm.İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi.Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.
Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram.
Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik”.