“AMEA özəlləşdirilərək müasir özəl universitetə çevrilməlidir”

“Elmi müəssisələrin akkreditasiyasını Ali Attestasiya Komissiyası aparması daha düzgündür”.
“Sherg.az”ın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Elm haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Deputat deyib ki, Azərbaycan Milli Elmlər Akademiyası da SSRİ dövründən qalıb:

“Biz təhsil sahəsində islahatlar aparmalıyıq. AMEA da özəlləşdirilərək müasir özəl universitetə çevrilməlidir”.