Prezidentə səmimi sözlər: “Dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdiniz”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Bərdənin Kələntərli qəsəbəsində məskunlaşmış məcburi köçkün Vasif Ağayev olkə liderinə yazdığı məktubda diqqətə çatdırıb:  

“Hörmətli cənab Prezident, bir kənd sakini və məcburi köçkün olaraq bu məktubumda Sizə qəlbdən gələn səmimi sözlərimi yazıram. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiniz Sizin dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdi. Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımızı sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyində isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyimizə stimul verir. Minnətdarıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun!. Ucalardan uca Prezidentimizə eşq olsun!”.