Kənddən ölkə başçısına məktub: “Xalqımızın sağlamlığı, rifahı daim diqqətinizdədir” 

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.

Ağcabədi rayonunun Kürdlər kəndindən Səringül İbrahimova ölkə başçısına məktubunda diqqətə çatdırır: 

“Hörmətli cənab Prezident, bu məktubu Sizə Ağcabədi rayonunun Kürdlər kəndindən yazıram. Dünyada koronavirusun yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda karantin rejimini tətbiq etməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən vacib məsələlərdən biridir və daim diqqətinizdədir. Cənab Prezident, Allah Sizə və ailənizə uzun ömür, cansağlığı qismət etsin. Xalqımızın və dövlətimizin başı üzərindən əksik olmayasınız. Sizə təşəkkürümü bildirir, hər zaman yüksək əhval-ruhiyyə, sevinc dolu günlər arzulayıram”.